Ukrayna Silahlı Qüvvələrinin yeni Baş komandanının təyin olunması cəbhədə vəziyyəti ciddi şəkildə dəyişməyəcək.
Bizim.Media xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kiyev məsuliyyətli qərar qəbul edərsə, döyüş əməliyyatlarını tez bir zamanda dayandırmaq və ciddi danışıqlara başlamaq mümkündür:
“Ukrayna ətrafındakı vəziyyətlə bağlı ərazi məsələlərinin ictimai şəkildə müzakirəsi mümkün deyil. Vladimir Putinin iki il əvvəl döyüşlərin dayandırılması üçün irəli sürdüyü şərtlər qüvvədə qalır və Kiyevə yaxşı məlumdur. Rusiya ABŞ-da keçiriləcək G20 sammitində yüksək səviyyədə təmsil olunacaq. Sanksiyaların həddi olmadığı kimi, Avropa siyasətçilərinin “ağılsızlığının da həddi yoxdur. Əgər əvvəlki Aİ sanksiyaları Avropa iqtisadiyyatına dolayı zərbə vururdusa, 21-ci sanksiyalar paketi birbaşa təsir göstərəcək və bu, daha ağır nəticələr yaradacaq”.
Bizim.Media

- A-
- A
- A+
Region
14:36 / 22.07.2026
Peskov: Ukraynada yeni Komandanın təyinatı cəbhədə ciddi dəyişiklik yaratmayacaq
Hazırda oxunan: Peskov: Ukraynada yeni Komandanın təyinatı cəbhədə ciddi dəyişiklik yaratmayacaq
Hazırda oxunan: Peskov: Ukraynada yeni Komandanın təyinatı cəbhədə ciddi dəyişiklik yaratmayacaq
626825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































