İranda daha bir etirazçı edam edildi

Hazırda oxunan: İranda daha bir etirazçı edam edildi

626794

Bu gün İranda "ABŞ və İsrail kəşfiyyatı ilə əməkdaşlıq"da ittiham olunan Mehdi Xanəki dar ağacından asılıb. Bununla bağlı, İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı – Mizan Online xəbər verib.

Bizim.Media xəbər verir ki, o, "dövlət quruluşuna qarşı terrorçu qrupun üzvü olmaq", “ABŞ və İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etmək” ittihamları üzrə təqsirli bilinib.

Bildirilir ki, etirazçı bu il yanvarın 21-də Əlborz əyalətində saxlanılıb.
 

Onun evində aparılan axtarış zamanı odlu silahlar, patronlar, uzaqdan idarə olunan detonatorlar, əl qumbaraları, elektroşokerlər, habelə partlayıcı maddələrin hazırlanması üçün komponent və xammalların aşkar edilərək müsadirə olunduğu iddia edilir.


İstintaq orqanlarının iddiasına görə, Xanəki dindirmə zamanı 2022-ci ildən qadağan olunmuş radikal təşkilatın üzvü olduğunu və İran milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərdiyini etiraf edib. (Iranintl)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin