İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

Hazırda oxunan: İran ordusundan ABŞ-a nüvə xəbərdarlığı

626779

“ABŞ İranı nüvə obyektlərinə hücumla hədələyir”.

Bizim.Media "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının bəyanatında bildirilib.

"Amerika İranın nüvə və digər strateji əhəmiyyətli obyektlərinə hücum etməklə hədələyir", - məlumatda vurğulanıb.
 

Qeyd olunub ki, ABŞ nüvə obyektlərinə hücum etsə, İran bunu regionda münaqişənin gərginləşməsi kimi qiymətləndirəcək: "ABŞ və onun müttəfiqlərinin maraqları İranın güclü zərbəsinin hədəfinə çevriləcək".


Xatırladaq ki, iyulun 19-da İranın Atom Enerjisi Təşkilatı (İAET) ABŞ-nin "Darkhovin" Atom Elektrik Stansiyasına (AES) hücumunu pisləyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) isə "Darkhovin" AES-in tikinti sahəsinə gecə saatlarında baş vermiş hücumla bağlı məlumatları araşdırdığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin