Mazandaran əyalətində yerləşən və ölkənin ən mühüm vəhşi təbiət qoruqlarından biri hesab olunan Miankale qoruğunda son üç gün ərzində altı yanğın hadisəsinin baş verdiyini bildirib.
Bizim.Media xəbər verir ki, Rokna xəbər agentliyinin məlumatına görə, yanğınlar ekofəallar, böhran idarəetmə xidmətləri, yanğınsöndürənlər və yerli könüllülərin birgə fəaliyyəti nəticəsində lokallaşdırılıb və alovun qoruğun digər hissələrinə yayılmasının qarşısı alınıb.
Mazandaran Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbəri bildirib ki, yanğınlardan ikisi cümə günü, üçü bazar günü, biri isə bazar ertəsi baş verib. Hazırda ərazidə monitorinq və nəzarət tədbirləri davam etdirilir.
Rəsmilərin sözlərinə görə, yanğınların başvermə səbəbi hələ müəyyən edilməyib və araşdırmalar davam edir. Bununla yanaşı, yanğınlardan biri ilə bağlı iki şübhəlinin saxlanıldığı və istintaqın aparıldığı bildirilib.
Bizim.Media






































































































