İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

Hazırda oxunan: İrandan husilərə TAPŞIRIQ – Enerji infrastrukturuna zərbə endirilsə...

625720

“İran enerji infrastrukturuna hücum olacağı təqdirdə, Yəməndə husilərə Bab əl-Məndəb boğazını bağlamağı tapşırıb”.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters“ üç anonim mənbəyə istinadən xəbər verir.
 

Məlumata görə, bu fikir İran rəhbərliyi daxilində müzakirə olunub və husilərə çatdırılıb. İranın bu mesajı husilərə ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturunu vurmaqla hədələməsindən sonra və ya əvvəl çatdırdığı məlum deyil.


Husilərə yaxın bir mənbə isə Bab əl-Məndəb boğazı ətrafına raket və dronlar yerləşdirildiyini, boğazın bağlanması üçün hazırlıqların tamamlandığını və əmr gözlənildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin