"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

Hazırda oxunan: "Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını ARTIRIB

634773

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 7,3 milyondan çox sərnişin daşıyıb.

Bizim.Media bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
 

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6,9 milyon (+17 %), rayonlararası marşrutlarla 396 min (+15 %), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.


Bu ilin avqust ayında isə ümumi sərnişindaşımada (913 mindən çox) 24 % artım qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin