TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

Hazırda oxunan: TƏCİLİ: Tehranda ardıcıl partlayışlar baş verdi – VİDEO

624601

İranın paytaxtı Tehranın cənub-şərqində yerləşən Parçin rayonunda güclü partlayış baş verib.

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, partlayış bu gün səhər saat 09:28–09:31 radələrində Parçin və Pakdəşt rayonlarında eşidilib.

Şahidlərin sözlərinə əsasən, partlayışın səsi Gərçək, Qiyamdəşt, Havarşəhr, Havaran sənaye zonası, Şəhr-e Rey və Çehelqəza ərazilərində də hiss olunub. Bəzi yaşayış evləri və mağazalarda pəncərələrin titrədiyi, Qiyamdəştdə isə şok dalğasının hiss edildiyi bildirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlarda hadisə yerindən tüstünün qalxdığı iddia edilsə də, İran rəsmiləri tərəfindən partlayışın səbəbi və mümkün dağıntılarla bağlı hələlik rəsmi açıqlama verilməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin