Rusiyanın "Azimut" aviaşirkəti ölkədəki neft emalı zavodlarında (NEZ) yaranan ciddi problemlər səbəbindən tədarükçülərin aviasiya yanacağının istehlakını təxminən üçdə bir qədər azaltmağı tələb etdiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya aviasiya bazarındakı mənbələrə istinadən yayılıb.
Məlumata görə, hazırda bazarda əlavə kerosin tapmaq demək olar ki, qeyri-mümkündür. Bununla yanaşı, yanacağın qiyməti bəzi hallarda birdən-birə 64% bahalaşıb.
Aviaşirkət rəsmiləri bildirirlər ki, mövcud kritik şəraitdə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlərdə reyslərin yerinə yetirilməsi "bütün iqtisadi mənasını və səmərəliliyini itirir".
Ekspertlər xəbərdar edirlər ki, neft emalı zavodlarının sıradan çıxması fonunda yaranan bu böhran yaxın vaxtlarda Rusiyada kütləvi uçuş təxirəsalınmalarına və bilet qiymətlərinin kəskin artmasına səbəb ola bilər.
Bizim.Media
































































































