Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

Hazırda oxunan: Robert Köçəryanın Ermənistanı tərk etməsinə icazə verilmədi: "Zvartnos"da insident

619312

Ermənistanın ikinci prezidenti, müxalif "Ermənistan" blokunun lideri, Xocalı qatili Robert Köçəryanın ölkədən kənara çıxmaq cəhdinin qarşısı alınıb. İrəvanın "Zvartnos" beynəlxalq hava limanında hüquq-mühafizə orqanlarının əməkdaşları eks-prezidentin ölkə ərazisini tərk etməsinə icazə verməyiblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən bir qədər əvvəl Robert Köçəryanın ofisi onun ölkədən gedişi ilə bağlı rəsmi məlumat yaymışdı.

Səfərin şəxsi xarakter daşıdığı bildirilirdi

Eks-prezidentin ofisindən verilən bəyanatda qeyd olunurdu ki, Robert Köçəryan Ermənistanı 3 günlük müddətə tərk etməyi planlaşdırırdı. Bu səfərin tamamilə şəxsi xarakter daşıdığı, hələ çoxdan planlaşdırıldığı, lakin ölkədəki sıx seçkiqabağı qrafik və gərgin siyasi proseslər səbəbindən təxirə salındığı vurğulanırdı.

Köçəryanın ofisi hakimiyyəti ittiham etdi

Ofis rəsmiləri eks-prezidentin əvvəlki çoxsaylı səfərləri barədə şəxsi xarakter daşıdığı üçün heç vaxt qabaqcadan ictimaiyyətə məlumat vermədiklərini, lakin bu dəfə fərqli davrandıqlarını bildiriblər:
 

"Son günlər hakimiyyət nümayəndələri tərəfindən müxalifət liderlərinin xaricə səfərləri barədə yalan və manipulyasiya xarakterli məlumatların yayıldığını müşahidə edirik. Məhz bu səbəbdən, cəmiyyəti hakimiyyətin növbəti yalan tirajından qorumaq üçün prezidentin planlaşdırılan bu şəxsi səfəri barədə öncədən məlumat verməyi zəruri hesab etdik".


Buna baxmayaraq, hava limanında hüquq-mühafizə orqanları tərəfindən qoyulan qadağanın hansı konkret hüquqi əsaslara və ya məhkəmə qərarlarına söykəndiyi barədə hələlik rəsmi açıqlama verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin