Ermənistanda "Sükut günü" qaydalarını pozan 200 nəfər saxlanılıb

Hazırda oxunan: Ermənistanda "Sükut günü" qaydalarını pozan 200 nəfər saxlanılıb

617770

"Biz “sükut günü” qaydalarının pozulması ilə bağlı bir neçə prosesə başlamışıq, onlarla səs yazısı dərc olunub, seçki qanunvericiliyinin pozulması faktları üzrə onlarla iş qaldırılıb və dünənki məlumata görə 200 nəfər saxlanılıb."

Bizim.Media Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə iyunun 7-də jurnalistlərə açıqlamasında hakim "Vətəndaş Müqaviləsi" partiyasının seçkiqabağı qərargahının rəhbəri Araik Arutyunyan bildirib.

"Hüquq-mühafizə orqanlarının bütün qanun pozuntularına qarşı reaksiyanı son günlərə qədər saxlaması barədə deyilənlər həqiqətəuyğun deyil", - deyə o qeyd edib.

Arutyunyan əlavə edib ki, bu cür iddiaları bəzi siyasi qüvvələr irəli sürür, çünki sosioloji sorğular onların vəziyyətinin ürəkaçan olmadığını göstərir. Onun qiymətləndirməsinə görə, həmin qüvvələr bu növ dezinformasiyaları yaymaqla öz məğlubiyyətlərinə bəraət qazandırmağa çalışacaqlar.

"Bəzi qüvvələr və jurnalistlər süni ajiotaj yaradırlar. Siqnalların əksəriyyətinin heç bir faktiki əsası yoxdur. Faktların mövcud olduğu bütün hallarda həm biz, həm də hüquq-mühafizə orqanları buna dərhal reaksiya veririk", - deyə Arutyunyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin