Rusiyanın nəhəng neftayırma və kimya zavodlarına zərbə endirildi - VİDEO

Hazırda oxunan: Rusiyanın nəhəng neftayırma və kimya zavodlarına zərbə endirildi - VİDEO

614313

Mayın 20-nə keçən gecə və səhər saatlarında Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Stavropol diyarı və Nijni Novqorod vilayətində yerləşən iki mühüm sənaye müəssisəsinə hücum edib.

Bizim.Media xəbər verir ki, zərbələr nəticəsində hər iki obyektdə yanğın qeydə alınıb.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov gecə saatlarında Nevinnomıssk şəhərinin sənaye zonasına PUA hücumunun olduğunu təsdiqləyib. Rəsmi açıqlamada dağıntı və tələfatın olmadığı bildirilsə də, yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı görüntülər fərqli mənzərəni ortaya qoyub.
 

"Astra" agentliyinin araşdırmasına əsasən, sənaye zonasında qeydə alınan güclü yanğın "Avroxim" şirkətinə məxsus "Azot" kimya kombinatının ərazisində baş verib. "Reuters" agentliyinin məlumatına görə, bu müəssisə 2022-2024-cü illərdə artilleriya mərmilərinin istehsalında tətbiq olunan partlayıcı maddələr üçün xammal tədarük edib.


Qeyd edək ki, bu, müharibə başlayandan bəri zavoda edilən sayca yeddinci hücumdur. Səhər saatlarında isə digər bir zərbə Nijni Novqorod vilayətinin Kstovo şəhərinə endirilib. Ukraynanın "Exilenova+" monitorinq layihəsinin analizlərinə görə, hücum nəticəsində "Lukoyl" şirkətinə məxsus "Nijni Novqorodnefteorqsintez" neftayırma zavodunda (NAZ) yanğın başlayıb. Kadrlardan görünür ki, zərbə zavodun ilkin neft emalı qurğusuna (ELOU-AVT) dəyib.

Sözügedən müəssisə neft emalı həcminə görə Rusiyada dördüncü, benzin istehsalına görə isə ikinci ən böyük zavoddur və Moskva regionunun yanacaq təminatında strateji rol oynayır.  Hücum təhlükəsi səbəbindən Kstovo rayonunda məktəblər distant təhsilə keçib.

Xatırladaq ki, aprelin 5-də baş verən analoji hücumdan sonra zavod fəaliyyətini müvəqqəti dayandırmalı olmuşdu.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin