İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlamasının ABŞ üçün yeni “sürprizlər” yaradacağını bildirib.
Bizim.Media xəbər verir ki, iranlı diplomat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Əldə olunan təcrübə və bilikləri nəzərə alsaq, müharibəyə qayıdış daha çox sürprizlər gətirəcək”, – deyə Əraqçi qeyd edib.
O bildirib ki, İranla müharibənin başlamasından bir neçə ay sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində onlarla təyyarənin itirildiyini etiraf edib.
Nazirin sözlərinə görə, İran silahlı qüvvələri ilk dəfə olaraq geniş reklam edilən Lockheed Martin F-35 Lightning II qırıcılarını vurmağa nail olub.
Bizim.Media





































































































