İranlı generaldan qəribə bəyanat: "Güc mənbəyimiz imandır"

Hazırda oxunan: İranlı generaldan qəribə bəyanat: "Güc mənbəyimiz imandır"

613427

İranın əsas güc mənbəyi "iman və əqidədir".

Bizim.Media xəbər verir ki, bunu İran İslam Respublikası Ordusunun baş komandanı Əmir Hatəmi bildirib.

Onun sözlərinə görə, məhz "iman gücü" düşməni o qədər çaşdıra bilər ki, o, səhvən öz təyyarəsini vurur.

Hatəmi həmçinin qeyd edib ki, hər il Məhərrəm ayında İranda "böyük iman manevri" keçirilir və bu, onun fikrincə, ölkənin əsl gücünü nümayiş etdirir.

O, bildirib ki, müasir ABŞ hava hücumundan müdafiə sistemlərinin mövcudluğuna baxmayaraq, İranın “F-5” qırıcı təyyarəsinin Küveytdəki Amerika qoşunlarının mövqelərinə çatmasına məhz bu "iman gücü" imkan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin