ABŞ səfirinin müavini Derek Hoqan Gəncədə səfərdədir

Hazırda oxunan: ABŞ səfirinin müavini Derek Hoqan Gəncədə səfərdədir

39599

“Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müavini Derek Hoqan yanvarın 9-da Gəncəyə səfər edib”. Bu barədə Moderator.az-ı özəl mənbə məlumatlandırıb. Məlumatda deyilir: “Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev iki ölkə arasında müxtəlif sahələr üzrə yaranan əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışıb, Gəncənin potensial imkanları, onun görkəmli şəxsiyyətləri, eləcə də tarixi və tarixi abidələri haqqında ətraflı məlumat verib.

Sonra Derek Hoqan səmimi və mehribanlıqla qarşılandığı üçün icra başçısına minnətdarlıq edib. Səfirlikdə işlədiyi 6 ay ərzində Azərbaycanın bölgələrinə etdiyi səfərlərin tanışlıq məqsədi daşıdığını bildirib, respublikanın digər regionları kimi Gəncənin də gündən-günə abadlaşması və gözəlləşməsindən məmnun qaldığını qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevin Atatürk prospektindəki çoxmərtəbəli binaların sakinləri ilə keçirdiyi səyyar görüşdə iştirak edən Derek Hoqan belə tədbirlərin insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdən sonra KİV nümayəndələrinin suallarını cavablandıran müvəqqəti işlər vəkili Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə çox faydalı və məhsuldar bir görüşün baş tutduğunu bildirib. Qonaq qeyd edib ki, onlar iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün bir çox sahələr üzrə əməkdaşlıqda maraqlıdırlar. Vətəndaş cəmiyyətinin nümayəndələri, QHT və iqtisadi sahələrdən olan insanlarla görüşlər də iki günlük səfər proqramına daxildir.  

Sonda Elmar Vəliyev qonaqlara xatirə hədiyyələri təqdim edib.

Sabah yanvarın 10-da səfirlik nümayəndəsi Mərkəzi Kitabxanada ABŞ mərkəzində olacaq, Azərbaycan Dövlət Aqrar Universitetində müəllim və tələbələrlə görüş keçirəcəkdir”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin