

Saraya çevrilən təyyarə
Təyyarəni alan şəxsin kim olduğu bilinmir. Amma onun yenidən dizayn edilməsi və dəyişdirilməsi üçün 624 milyon dollardan çox pul xərcləndiyi bildirilir. Yeni "uçan saray"ın tam hazır olmasına isə düz 3 il vaxt sərf edilib.


İçərisi tamamilə dəyişdirilmiş Boeing 747-8 təyyarəsindəki yataq otaqları
Hər cür rahatlığı olan bu təyyarənin içərisində bir neçə yataq və istirahət otaqları, yemək otağı, toplantı salonu, super lüks vanna otaqları var. Burada istifadə edilən bütün materiallar dünyanın ən bahalı məhsullarıdır. Bir çox zəngin insanlarının, məşhurların belə şəxsi təyyarələri olmasına baxmayaraq, bu təyyarə hazırlanan ən lüks şəxsi təyyarə kimi tarixə düşüb.

İçərisi tamamilə dəyişdirilmiş Boeing 747-8 təyyarəsindəki toplantı salonu

Boeing 747-8 təyyarəsindəki yemək otağı
"Uçan saray"ın gövdəsinin eni 6,1 metr, uzunluğu 76 metrdir. 1195 kilometr/saat sürətlə uça bilən təyyarədə uzun səyahətlər zamanı darıxmamaq və tam rahatlıq üçün hər cür şərait yaradılıb.


İçərisi tamamilə dəyişdirilmiş Boeing 747-8 təyyarəsindəki istirahət otaqları

Boeing 747-8 sərnişin təyyarəsi




































































































