Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb.
Məlumata görə, yanğın Bakı şəhəri, Səbayel rayonunda üçmərtəbəli yaşayış binasının çardaq hissəsində baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb.




































































































