Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

Hazırda oxunan: Şəmkirdə qonşular arasında dava qanla bitdi - 67 yaşlı kişi həyatını itirdi

644797

Şəmkirdə 67 yaşlı kişi aldığı bıçaq xəsarətindən dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm qəsəbəsində baş verib.

1959-cu il təvəllüdlü Azad Mahmudov bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib. 
 

İlkin versiyaya əsasən hadisəni 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılov törədib. Hər iki şəxsin qonşu olduğu bildirilir. 


Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin