Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

Hazırda oxunan: Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb EDİLDİ

644756

Bakının Yasamal rayonunda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.
 

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri 225 nömrəli tam orta ümumtəhsil məktəbində olublar.


Məktəbdə tədris prosesinin normal axarına qayıtması, baş vermiş hadisənin digər şagirdlərdə yarada biləcəyi narahatlıq və emosional gərginliyin aradan qaldırılması məqsədilə təhsil müəssisəsinə psixoloqlar və müvafiq mütəxəssislər də cəlb edilib. Şagirdlərlə dəstəkləyici psixoloji söhbətlər aparılıb, onlara zəruri psixoloji dəstək göstərilib.

Xatırladaq ki, oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi məktəbin 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin