Çində 65 yaş və yuxarı insanların sayı ölkə tarixində ilk dəfə 14 yaşadək uşaqların sayından çox olub.
Bizim.Media xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosu məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə ölkədə 223 milyondan çox yaşlı insan, təxminən 213 milyon uşaq qeydə alınıb. Eyni zamanda, Çin rekord dərəcədə aşağı doğum səviyyəsi ilə üzləşib. Ölkə əhalisi ardıcıl dördüncü ildir azalır.
Demoqrafik böhranın səbəbləri arasında 1980–2015-ci illərdə tətbiq edilən doğum məhdudiyyətləri siyasəti və urbanizasiya göstərilir.
Vəziyyəti dəyişmək üçün Çin hakimiyyəti ailələrə maddi dəstək göstərilməsi, uşaq baxımı xidmətlərinin genişləndirilməsi və doğuş zamanı tibbi xərclərin azaldılması istiqamətində tədbirlər görür.
Bununla yanaşı, hökumət əhalinin yaşlanmasına uyğunlaşmaq üçün sosial xidmətlərin inkişafı və infrastrukturun demoqrafik dəyişikliklərə uyğunlaşdırılması üzərində işləyir.
Bizim.Media

































































































