FİFA mundial biletlərindən milyardlar QAZANDI

Hazırda oxunan: FİFA mundial biletlərindən milyardlar QAZANDI

644807

FİFA 2026-cı il dünya çempionatının bilet satışından təxminən 4,49 milyard avro gəlir əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilir ki, bu məbləğ Qətərdə keçirilən DÇ-2022-nin bilet satışından əldə olunan gəliri 5 dəfədən çox üstələyir. Həmçinin gəlir FİFA-nın 2,96 milyard avroluq proqnozunu da geridə qoyub.

Gəlirlərin artmasına mundialda oyunların sayının 64-dən 104-ə çatdırılması və dinamik qiymət siyasəti təsir göstərib.
 

FİFA-nın rəsmi platformasında biletlərin təkrar satışına görə 30 faiz komissiya tutulub. Bəzi biletlər ilkin qiymətindən dəfələrlə baha satışa çıxarılıb.


Qeyd edək ki, daha öncə FİFA-nın bilet qiymətləri və satış siyasəti azarkeşlər tərəfindən kəskin tənqid olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin