"Qarabağ" 6 000 manat cərimələndi

Hazırda oxunan: "Qarabağ" 6 000 manat cərimələndi

644752

Misli Premyer Liqasının IX turunun "Sabah" – "Qarabağ" matçında baş verən qayda pozuntularına görə Ağdam klubu cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
 

Oyun zamanı "Qarabağ" azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib. Bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığı üçün "Qarabağ" klubu 6 000 manat cərimə olunub.


Bundan başqa, görüş zamanı "Qarabağ" fanatları stadionda 27 ədəd skamya sındırıblar. Bu səbəbdən stadiona dəymiş zərərin Ağdam təmsilçisi tərəfindən qarşılanması haqqında qərar çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin