Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

Hazırda oxunan: Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO

644782

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniya tərəfinə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.

"İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. 

Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, İspaniyada "Renfe" və "Iryo" sərnişin qatarları toqquşub. Qəza nəticəsində 64 nəfər həlak olub.

Rəsmi Bakı İspaniyaya başsağlığı verdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin