Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

Hazırda oxunan: Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO

644767

İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün könüllü icra müddəti təyin edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur:

“İcra sənədində satılmalı əmlak müəyyən edildikdə və borclu könüllü icra bildirişini aldıqdan sonra 7 iş günü ərzində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət etdikdə, yaxud notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciəti icra qeydi ilə birlikdə icra orqanına göndərdikdə əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icra edilməsi üçün 2 ay müddət müəyyən edilir”.

Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO - foto 1
Borclu şəxslərin NƏZƏRİNƏ – 10 gün vaxt verildi – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin