Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

Hazırda oxunan: Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə RAZILAŞDI

644816

Ukrayna Prezidenti Volodimir Zelenski mümkün sülh sazişi çərçivəsində Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinə ilk dəfə razılıq verib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Nəşrin məlumatına görə, Zelenskinin bu açıqlaması ABŞ-nin Ukrayna ilə Rusiya arasında sülh danışıqlarını bərpa etməyə yönəlmiş diplomatik səylərini gücləndirdiyi bir vaxta təsadüf edir və Kiyevin mövqeyində ciddi dəyişiklikdən xəbər verir.

Ukrayna lideri qeyd edib ki, Qərb ölkələri gələcəkdə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini müzakirə edə bilərlər.
 

Bununla belə, o vurğulayıb ki, ilk növbədə Ukraynanın öz təhlükəsizliyinin təmin olunması ilə bağlı ehtiyacları qarşılanmalıdır.


“Financial Times” xatırladır ki, indiyədək Kiyev və onun Qərb müttəfiqləri Rusiyanın NATO-dan təhlükəsizlik zəmanətləri alınması və Avropanın təhlükəsizlik arxitekturasının genişmiqyaslı şəkildə yenidən nəzərdən keçirilməsi ilə bağlı tələblərini rədd ediblər. Onlar bu tələbləri Moskvanın təsir dairəsini bərpa etmək və qonşu dövlətlərin suverenliyini zəiflətmək cəhdi kimi qiymətləndiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin