Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində olub.
Belə ki, Ucar rayonunun Alpı kənd sakini 1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Masallı rayon sakini 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.
Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media


































































































