“Santos”un hücumçusu Neymar Braziliya çempionatında “Bahia” ilə oyunda aldığı qırmızı vərəqəyə görə cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, “Globo Esporte” nəşrinin məlumatına görə, intizam komitəsi hadisəni araşdırdıqdan sonra braziliyalı futbolçunu əlavə iki oyunluq diskvalifikasiya edib.
Beləliklə, qırmızı vərəqəyə görə avtomatik cəza ilə birlikdə Neymar “Santos”un növbəti üç matçını buraxacaq. Klubun qərardan apellyasiya şikayəti vermək hüququ var.
Qeyd edək ki, Neymar “Bahia” ilə görüşdə rəqibi ilə danışarkən ağzını əli ilə örtüb. Bu hərəkətə görə ona qırmızı vərəqə göstərilib. Hadisə futbolda “Vinisius qaydası” adlandırılan yanaşma ilə əlaqələndirilir.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:33 / 28.10.2026
Neymarın cəzası bəlli oldu
Hazırda oxunan: Neymarın cəzası bəlli oldu
Hazırda oxunan: Neymarın cəzası bəlli oldu
644795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































