Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qızı Raxel Orban həyat yoldaşı İştvan Tiborç və uşaqları ilə birlikdə Londona köçüb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “VSquare”ın araşdırmasında yer alıb.
Mənbə qeyd edib ki, Raxel Orban və İştvan Tiborç artıq Londonun Kovent-Qarden rayonunda məskunlaşıblar. Uşaqları isə Böyük Britaniyada özəl məktəblərə gedirlər.
Ailə paralel olaraq Orbanın hakimiyyəti dövründə, o cümlədən dövlət müqavilələri sayəsində böyüyən biznes imperiyasını hissə-hissə satmağa başlayıb.
Bizim.Media


































































































