Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

Hazırda oxunan: Firəngiz Mütəllimova bu səbəbdən ailə qura bilməyib

644825

Xalq artisti Firəngiz Mütəllimova “Görüş yeri” verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:
 

“Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı “Səni axtarıram” teletamaşasında canlandırdığım “Gülnar”ı sevir, məni yox. İnsanlardan uzaqlaşdım, bir az inamım azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunlar hamısı “Gülnar”ı sevir.


O vaxt bəlkə də, teatrda yeşiklərlə məktublar alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi. Amma peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi”. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin