Əliqismət Lalayevə yeni VƏZİFƏ VERİLDİ

Hazırda oxunan: Əliqismət Lalayevə yeni VƏZİFƏ VERİLDİ

626475

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik  Musiqili teatrının keçmiş direktoru Əliqismət Lalayevə vəzifə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ə. Lalayev “Pərvizə görə” layihəsində danışıb:

“İndi Milli Məclisdə Polad Bülbüloğlu ilə birgə çalışırıq.

Bilirsiz ki, Polad müəllim Mədəniyyət Komitəsinə rəhbərlik edir.  Onunla çalışmaq böyük şərəfdir, qürurdur. Yenə də iş gəlib məni tapdı. Çox şadam ki, Polad müəllim kimi böyük sənətkarla yenə də bir yerdəyəm. Bilirsiniz ki, biz Polad müəllimlə 12 il Mədəniyyət Nazirliyində birgə çalışmışıq. Ondan öncə də Salyan Mədəniyyət şöbəsinin müdiri olanda da birgə işləmişdik. Həmin vaxtda da nazir kimi çalışırdı. İndi də bir yerdəyik. Bu da çox qürurvericidir”, - deyə o qeyd edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin