"Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Sülhü və sülh prinsiplərini təbliğ etmək medianın əsas vəzifəsidir".
Bizim.Media xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda keçirilən dəyirmi masada bildirib.
O vurğulayıb ki, bu vəzifə media etikasının bütün prinsipləri ilə səsləşən bir missiyadır:
"İnanırıq ki, prezidentin çağırışından sonra biz media olaraq bu funksiyanı da layiqincə və yüksək peşəkarlıqla yerinə yetirəcəyik.Medianın əsas hədəfi həqiqətə xidmət etməkdir. Xüsusilə gənclər artıq yeni rəqəmsal mühitə uyğunlaşmağa məcburdurlar.
Çünki müasir dövrdə rəqəmsallaşma həyatın bütün sahələrinə təsir edir və insanlar informasiyanı çox sürətli şəkildə əldə edirlər . Rəqəmsal texnologiyalar vasitəsilə qısa zaman ərzində böyük həcmdə məlumat və yeni imkanlar kəşf edə bilirlər".
Şəfiqə Şəfa, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:23 / 12.05.2026
Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"
Hazırda oxunan: Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"
Hazırda oxunan: Natiq Məmmədli: "Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır"
612691
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































