Yevlax rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 22 nəfər xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın Mərkəzi Aran bürosunun məlumatına görə, mayın 10-da saat 07:20 radələrindən başlayaraq 9 kişi və 13 qadın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət alması üçün özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda 21 nəfərin müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir. Onlardan 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu
































































































