Dünyaca məşhur İran və İsveç əsilli müğənni Araş Labafzadə Azərbaycana gəlib.
Bizim.Media xəbər verir ki, 46 yaşlı sənətçi ailəsi ilə birlikdə turistlərin axın etdiyi Şahdağa yollanıb.
Araş 12 yaşlı əkiz övladları qızı Dariana və oğlu Doni ilə bərabər peşəkarcasına xizək sürüb.
Həmin görüntüləri isə müğənni sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Labafzadə paylaşımına "Azərbaycanda xizək sürmək" qısa şərhini yazıb.
Qeyd edək ki, Araş 2009-cu ildə Moskvada keçirilən nüfuzlu "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsilçimiz Aysel Teymurzadə ilə "Always" (Həmişə) adlı bəstəsini duet şəklində ifa edərək Azərbaycanı təmsil ediblər. Yarışmanın finalında isə onlar 3-cü yerə layiq görülüblər.

- A-
- A
- A+
Şoutaym
22:00 / 17.02.2024
Araş ailəsi ilə xizək sürmək üçün Azərbaycana GƏLDİ - FOTO/VİDEO
Hazırda oxunan: Araş ailəsi ilə xizək sürmək üçün Azərbaycana GƏLDİ - FOTO/VİDEO
Hazırda oxunan: Araş ailəsi ilə xizək sürmək üçün Azərbaycana GƏLDİ - FOTO/VİDEO
178674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































