“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO

Hazırda oxunan: “Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO

645048

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasazdır:

"Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, köçürmə yolları müxtəlif materiallarla tutulub, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək".


Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında yerləşən mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.





“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 1
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 2
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 3
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 4
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 5
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 6
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 7
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 8
“Rəmiş” hoteli bağlandı – FOTO/VİDEO - foto 9

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin