Azərbaycanlılar hər 100 manatın cəmi 2 manat 40 qəpiyini yığa bilir

Hazırda oxunan: Azərbaycanlılar hər 100 manatın cəmi 2 manat 40 qəpiyini yığa bilir

645073

Azərbaycanda 2025-ci ildə əhalinin ümumi gəlirlərinin təxminən 2,4 faizi qənaətə yönəlib.

Bizim.Media Dövlət Statistika Komitəsinin “Azərbaycanın milli hesabları – 2026” məcmuəsinə istinadən xəbər verir ki, ötən il əhalinin gəlirləri 89 milyard 916 milyon manat, xərcləri isə 87 milyard 755,9 milyon manat təşkil edib.
 

Gəlirlərlə xərclər arasındakı fərq – qənaət 2 milyard 160,1 milyon manat olub. Bu isə ümumi hesabla hər 100 manat gəlirdən təxminən 2 manat 40 qəpiyin xərclərdən sonra qalması deməkdir.


2024-cü ildə qənaətin gəlirlərdə payı təxminən 2,5 faiz, 2022-ci ildə isə 3,9 faiz təşkil edib. Beləliklə, ötən il qənaətin məbləği artsa da, gəlirlərdəki payı azalıb.

Hesabata əsasən, 2025-ci ildə əhalinin gəlirləri nominal ifadədə 8 faiz, xərcləri 8,1 faiz, qənaəti isə 4 faiz artıb.

Qeyd edək ki, bu, ölkə üzrə ümumi göstəricidir və hər bir ailənin ayrıca qənaət imkanını ifadə etmir. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin