"Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə

Hazırda oxunan: "Geyimlərimi həmin aktyora hədiyyə etdim" - Nadir Qafarzadə

645046

Müğənni Nadir Qafarzadə geyimlərini bir aktyora hədiyyə verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb.

O bildirib ki, bəzəkli və qaşlı geyimlərinin çoxunu adi insanlara verə bilmədiyi üçün onları istifadə edə biləcək birinə hədiyyə edib.

"Biz nə qədər geyim alırıq... Həm də az geyinirik, təzə qalır. Yeni evə köçəndə üç qarderoba yerləşmədi. Dedim ki, Sevinc (xanımı - red.) gəl, yığaq. 25 kostyum, 30-dan çox ayaqqabını verdim bir aktyora. Həm aparıcı kimi toylara gedir, həm də teatrda istifadə edir. Mənə dua etdilər" deyə, N.Qafarzadə söyləyib. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin