Vüqar Əhmədov Mikayıl Cabbarova müşavir təyin edildi

Hazırda oxunan: Vüqar Əhmədov Mikayıl Cabbarova müşavir təyin edildi

645080

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş baş direktoru Vüqar Əhmədov yeni vəzifəyə təyin olunub.

Bizim.Media Apa.az-a istinadən xəbər verir ki, Vüqar Əhmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri təyin edilib.

Qeyd edək ki, Vüqar Əhmədov bu il avqustun 28-də öz ərizəsi ilə Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrılıb.

Vüqar Əhmədov 2009-cu ildən Mərkəzi Bankda çalışıb. Müxtəlif illərdə qurumun Tədqiqatlar departamentində rəhbər vəzifələr tutub, 2013-2017-ci illərdə Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru olub. O, 2017-ci ilin dekabrından 2026-cı ilin avqustunadək Mərkəzi Bankın baş direktoru vəzifəsində çalışıb.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin