Ailə başçısını itirmiş qadınlarla bağlı yeni güzəşt təklifi

Hazırda oxunan: Ailə başçısını itirmiş qadınlarla bağlı yeni güzəşt təklifi

645088

Pulsuz hüquqi yardım ala biləcək şəxslərin dairəsinin genişləndirilməsini təklif edilib.

Bizim.Media xəbər verir ki, deputat Aydın Mirzəzadə bu təkliflə Milli Məclisin bugünkü plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.

Deputat pulsuz hüquqi yardım ala biləcək şəxslərin siyahısına iki kateqoriyanın əlavə olunmasını təklif edib:
 

"Bunlardan birincisi ailə başçısını itirmiş qadınlar, ikincisi isə qanunla müəyyən edilmiş kateqoriyalara daxil olmasa da, məhkəməyə müraciət edən və hüquqi yardıma ehtiyacı olan şəxslərdir".


O, bu məqsədlə qanun layihəsinə məhkəmənin müəyyən etdiyi şəxslərin də pulsuz hüquqi yardım ala biləcəyini nəzərdə tutan ayrıca bəndin əlavə edilməsini təklif edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin