“Birinə keyfiyyətli xidmət göstərmək öhdəliyi qoyuruq, digərinə isə yox?!”

Hazırda oxunan: “Birinə keyfiyyətli xidmət göstərmək öhdəliyi qoyuruq, digərinə isə yox?!”

645072

"Standart” sözü “keyfiyyət göstəriciləri” ifadəsinin sinonimi deyil.

Bizim.Media xəbər verir ki, bunu deputat Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında " Telekommunikasiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, standart göstərilən xidmətin və fəaliyyətin normalarını, keyfiyyət isə onun necəliyini müəyyənləşdirir.

H.Məmmədov hesab edir ki, bu səbəbdən qanunda həm standartların, həm də keyfiyyət göstəricilərinin birlikdə qeyd olunması daha doğru və faydalı olardı.
 

Deputat, həmçinin qanun layihəsinin 33-cü maddəsinə də dəyişiklik edilməsini təklif edib. O bildirib ki, maddədə operatorların vəzifələri göstərilsə də, provayderlərin xidmətin keyfiyyəti ilə bağlı vəzifələri nəzərdə tutulmayıb.


“Operator da, provayder də göstərilən xidmətə görə məsuliyyət daşıyan subyektlərdir. Necə olur ki, birinə keyfiyyətli xidmət göstərmək öhdəliyi qoyuruq, digərinə isə yox?!” – deyə deputat vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin