Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları

Hazırda oxunan: Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları

644959

Azərbaycanın hazırki milli valyutası Avropanın ən gözəl pul vahidlərindən biri hesab olunur. İstər dizayn, istərsə də keyfiyyət baxımından bir çox ölkələri üstələyir. Amma yəqin ki, çoxlarına maraqlıdır, milli pulumuz tarixin müxtəlif dövrlərində necə görünüb? Bu gün “manat” dediyimiz pul vahidimiz elə tarixin erkən dövrlərində də eyni adı daşıyırdımı?

Bizim.Media Azərbaycanın ən güclü dövlətçilik dövrlərindəki pul vahidlərini təqdim edir:

991-ci ildən başlayaraq Azərbaycanda Şirvanşah II Yəzidin və Şirvanşah I Mənuçehrin vaxtında gümüş sikkələr zərb edilirdi.

Şirvanşahlar və Atabəyləri dövründə (XII əsr) mis dirhəmlər, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə (1382-1418) gümüş sikkələr, Səfəvilər dövründə (XVI) zərb edilmiş gümüş və qızıl şahı tədavüldə idi. 

Azərbaycanın xanlıqlar dövründə

Qarabağ xanlığında Sahibqıran (gümüş), Panabadi (gümüş), Fulus (mis); Şirvan, Quba, Bakı və Şəki xanlığında Abbası (gümüş) işlənirdi. İrəvan xanlığının pul vahidi isə mis Qazbəyi idi.

XX əsrin əvvəlində Azərbaycanda pul

Azərbaycanın müstəqil pul təsərrüfatı 1918-ci ildə Bakı Bələdiyyəsinin buraxdığı kağız pullarla başlanır. 1918-ci ilin yanvar-aprel aylarında dövriyyəyə buraxılmış 5, 15 və 50 qəpiklik xırda pul, 1, 3, 5, 10 və 25 manatlıq iri bələdiyyə pul vahidləri vardı. Daha sonra Azərbaycan Dövlət Bankı tərəfindən tədavülə 25, 50, 100 və 250 manatlıq əskinaslar buraxılıb.

Sovet İttifaqı dövründə Azərbaycan pulu

Azərbaycanda ikinci pul emissiyası 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının (ASSR) adından dövriyyəyə buraxılıb. Həmin illərdə 25, 50, 75, 100, 250 nominalında rubllar dövriyyədə idi. Sovet İttifaqı dövründə 3 pul islahatı (1947, 1961, 1991) həyata keçirilib və manat adlandırılıb.  

Qeyd edək ki, Türkmənistanın da pul vahidi manat adlanır. Üstəlik bu söz heç də türk kökənli deyil, yunan ilahəsi Monetanın adı ilə bağlıdır. Bildiyimiz “monet” (sikkə) və ingilis dilində “money” (pul) sözü də həmin xanımın şərəfinədir.  

Müstəqillik dövründə Azərbaycanda pul nişanları

1992-ci ildən ilk pul vahidləri olan 1, 5, 10, 50, 100 və 250, 500, 1000 manatlıq kağız əsginaslar tədavülə verilmişdi. Bundan başqa 5, 10, 20 və 50 qəpikliklər vardı.  İlk pul emissiyası Fransa Mərkəzi Bankı tərəfindən həyata keçirilib. İlk manat əsginaslarının eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir.

2006-cı ildə bu yana isə hazırda dövriyyədə olan Azərbaycan milli valyutasıdır. Yeri gəlmişkən, indiki 1 manat bundan əvvəlki pulla 5000 manata bərabərdir.

Mətndə Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının və Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin materiallarından istifadə edilib.

Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 1
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 2
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 3
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 4
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 5
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 6
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 7
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 8
Azərbaycan puluna niyə yunan qızının adı verilib? – Manatın tarixinin açılmamış qatları - foto 9

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin