Hökməlidə güclü yanğın – VİDEO

Hazırda oxunan: Hökməlidə güclü yanğın – VİDEO

645030

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
 

Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Xəsarət alan olmayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin