Yeni Suraxanı–Hövsan dəmir yolu xəttinin bərpası istiqamətində işlər davam etdirilir.
Azərbaycan Dəmir Yollarının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Bizim.Media-ya bildirib ki, xətt üzrə layihələndirmə işlərinin 30 faizi yekunlaşıb.
Onun sözlərinə görə, dəmir yolu xəttinin bərpası “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Alçina Amilqızı, Bizim.Media





































































































