Xidmətin keyfiyyəti pozulduqda ödənişin qaytarılması mexanizmi olmalıdır.
Bizim.Media xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında “Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri pozulduqda abunəçilərin ödədikləri vəsaitin azaldılması və ya geri qaytarılması mexanizmi yaradılmalıdır:
"Təəssüflər olsun ki, bu yoxdur və dəfələrlə mən aidiyyəti qurumlara da müraciət etsəm də, bu məsələnin açıq qaldığını özləri mənə qeyd etiblər və istifadəçilər də bu məsələdən çox narazıdırlar".
Naqif Həmzəyev, həmçinin operator və provayderlərin vəzifələrinin genişləndirilməsini təklif edib:
"Yəni operatorlar, provayderlər keyfiyyət göstəricilərini ölçməli və nəticələri barədə müvafiq qurumun müəyyən etdiyi qaydada hesabatını verməlidirlər. Qurum tələb etdikdə isə yoxlama üçün lazım olan məlumatları təqdim etməlidirlər".
Deputat abunəçilərin hüquqlarının gücləndirilməsinin vacibliyini də vurğulayıb. O bildirib ki, operator və provayderlər xidmətin keyfiyyət göstəricilərini açıq və anlaşılan formada dərc etməli, şikayətlərə müəyyən edilmiş müddətdə baxmalı, planlı işlər barədə isə abunəçiləri əvvəlcədən məlumatlandırmalıdırlar.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:41 / 30.10.2026
“Xidmətin keyfiyyəti pozulanda vətəndaşların ödənişi geri qaytarılsın” – Deputatdan təklif
Hazırda oxunan: “Xidmətin keyfiyyəti pozulanda vətəndaşların ödənişi geri qaytarılsın” – Deputatdan təklif
Hazırda oxunan: “Xidmətin keyfiyyəti pozulanda vətəndaşların ödənişi geri qaytarılsın” – Deputatdan təklif
645078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































