Yas mərasiminə gedərkən qəzaya düşdülər – Yaralılar var – FOTO/VİDEO

Hazırda oxunan: Yas mərasiminə gedərkən qəzaya düşdülər – Yaralılar var – FOTO/VİDEO

645041

Tovuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
 

Hərəkətdə olan "VAZ 21011" markalı avtomobillə "Opel" in toqquşması zamanı üç nəfər xəsarət alıb. 1985-ci il təvəllüdlü Lətifə Əhmədova, 1998-ci təvəllüdlü Daşdəmir Nəsirov və 1979-cu il təvəllüdlü Xəqani Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.


Şahidlərin bildirdiyinə görə qəzaya uğrayan şəxslər hüzr mərasiminə gedirlərmiş.

Faktla bağlı araşdırma başlanılıb.



Yas mərasiminə gedərkən qəzaya düşdülər – Yaralılar var – FOTO/VİDEO - foto 1
Yas mərasiminə gedərkən qəzaya düşdülər – Yaralılar var – FOTO/VİDEO - foto 2

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin