Bakı – Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb.
Bizim.Media xəbər verir ki, videoda səfir Fergus Auld AZAL-ın uçuş heyətinin kapitanı obrazında çıxış edir. Burada diplomatın Heydər Əliyev Beynəlxalq Aeroportuna gəldiyi, “Boeing Dreamliner 787” təyyarəsinə mindiyi və pilot kabinəsinə baş çəkdiyi əks olunur.
“Böyük Britaniyanın Azərbaycandakı səfiri kimi mən bu ilin mart ayından etibarən Bakı ilə London arasında AZAL-ın uçuşlarının sayının artmasını və həftədə altı reysə çatdırılmasını məmnuniyyətlə qarşılayıram”, — deyə səfir bildirib.
Onun sözlərinə görə, yeni reyslər iki ölkə arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə töhfə verəcək, ticarət, turizm, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq üzrə geniş imkanlar yaradacaq.

- A-
- A
- A+
Cəmiyyət
14:04 / 15.02.2024
Britaniya səfiri pilot kimi videoçarxa çəkildi - FOTO/VİDEO
Hazırda oxunan: Britaniya səfiri pilot kimi videoçarxa çəkildi - FOTO/VİDEO
Hazırda oxunan: Britaniya səfiri pilot kimi videoçarxa çəkildi - FOTO/VİDEO
178295
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































