Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu - Foto

Hazırda oxunan: Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu - Foto

645094

Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya “Molotov kokteyli” atılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb. Onların məktəblərdə vahid geyim qaydalarına qarşı çıxdıqları üçün bu əməli törətməsi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin