Uşaqlar arasında piylənmə – Oğlanlarda yoxsa qızlarda daha çoxdur?

Hazırda oxunan: Uşaqlar arasında piylənmə – Oğlanlarda yoxsa qızlarda daha çoxdur?

645095

Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqlar arasında oğlanlar üstünlük təşkil edir. 

Bizim.Media xəbər verir ki, piylənmə problemi yaşayan uşaqların 51,7 faizini oğlanlar, 48,3 faizini isə qızlar təşkil edir.

Yaş qrupları üzrə göstəricilərdə isə fərqli mənzərə müşahidə olunur. Belə ki, 13 yaşadək piylənmədən əziyyət çəkən uşaqlar arasında oğlanların payı 67,8 faizdir.

14-17 yaş aralığında isə vəziyyət dəyişir. Bu yaş qrupunda piylənmədən əziyyət çəkənlər arasında qızlar üstünlük təşkil edir. Onların payı 46,9 faizdir.
 

Qeyd edək ki, 2025-ci ildə ilk dəfə piylənmə aşkar edilmiş uşaqların sayı 1087 nəfər olub. Bu, 18 yaşadək hər 100 min uşaqdan 43 nəfər deməkdir. Onlardan 525-i qız, 562 nəfərk isə oğlan uşaqlardır.

 
2026-cı ilin məlumatlarına əsasən isə əhalinin hər yüz min nəfərindən 56-sı piylənmədən əziyyət çəkən uşaqlardır.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin