Aqil Abbasın “Niyə Ağdamda mənə ev düşmür?” sözlərinə Sahibə Qafarovadan etiraz

Hazırda oxunan: Aqil Abbasın “Niyə Ağdamda mənə ev düşmür?” sözlərinə Sahibə Qafarovadan etiraz

645093

"Mənim atamın Ağdamda şəhərin mərkəzində  8 sot torpaqda 6 otaqlı evi var idi. Amma indi mənə  Ağdamdan ev düşmür".

Bizim.Media xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, onun kimi yüzlərlə insan var.

"Mən 1970-ci ildən Bakıda yaşayıram,məcburi köçkün statusu daşımıram. Niyə atamın mülkündə mənə ev düşməsin? Mənə çox sayda müraciətlər var. Qaçqın, məcburi köçkün statusuna yenidən baxılmasını təklif edirəm. Demək, mən öz cibimin pulu ilə ev almalıyam. Niyə? çünki mənim Ağdam qeydiyyatım yoxdur".

Deputatın çıxışına spiker Sahibə Qafarova münasibət bildirib.

"Ağdamda bu qədər işlər görülür, niyə bu işlərə kölgə, ləkə salırsınız? Siz bir dəfə də demişdiniz ki, ağdamlılara yer verilmir. Bəs yeni tikilən Ağdamda kim yaşayır indi? Gərək bu məsələni indi burada bu qanunun müzakirəsi zamanı bunu deyərdiniz? Yəni sizin ayrı imkanınız yox idi ki, bu məsələni vəkillərlə danışasız?!" - deyə Milli Məclisin sədri  qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin