“Paketlərin ləğvi xeyli sayda məmurun sosial durumunu ağırlaşdıracaq”x9d

Hazırda oxunan: “Paketlərin ləğvi xeyli sayda məmurun sosial durumunu ağırlaşdıracaq”x9d

70375

“Azərbaycanın böhrana doğru getdiyi İlham Əliyev tərəfindən də etiraf edilməkdədir”x9d

xa0

“Rusiya böhranla mübarizədə Azərbaycandan daha çevik və operativ mövqe sərgiləyir”x9d

xa0

Mehman Əliyev: “Dilənçiləri türmələrə doldurmaq vəiyyətdən çıxış yolu deyil”x9d

xa0

“Turan”x9d İnformasiya Agentliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehman Əliyev “Hürriyyət”x9d qəzeti və Moderator.az saytına müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:

xa0

-Mehman bəy, müxalifət-iqtidar təmsilçiləri arasında keçirilən görüşün üstündən günlər ötsə də, görüşlə bağlı müzakirələr bitmiş deyil. Maraqlıdır, iqtidar-müxalifət görüşü ilə bağlı düşüncəniz nədən ibarətdir? Sizcə bu görüşün birdən-birə bu qədər aktuallaşması nə ilə bağlıdır?

xa0

-Bildiyiniz kimi, bu təşəbbüs hakimiyyət tərəfindən gəlib. Hakimiyyət indiki məqamda belə bir görüşün keçirilməsində maraqlıdır. Əgər hakimiyyətin marağı olmasaydı, o zaman belə bir görüş baş tutmazdı. Bildiyiniz kimi hələ ötən ilin noyabrına qədər belə bir fikir səsləndi ki, hakimiyyət çox güclüdür və buna görə də danışıqlarda iştirak etməkdə maraqlı deyil. Lakin indi vəziyyət başqadır və sürətlə dəyişməkdədir. Ölkədə iqtisadi-sosial durum pisləşir. Qarşıdan seçki gəlir. İslahatlara təlabat artır. Fərqli iqtisadiyyat və yeni münasibətlər qurmaq lazımdır. Öz həllini gözləyən xeyli problemlər var. Buna görə də indi hakimiyyət bu cür görüşlər keçirməyə ehtiyac duyur. Doğrudur, hakimiyyət dərin islahatlar həyata keçirməkdə maraqlı deyil. Çünki bu cür islahatlar nəticə etibari ilə hakimiyyətin özü üçün təhlükə vəd edir. Buna görə də hakimiyyət bu prosesi mümkün qədər idarəedilən bir prosesə çevirmək istəyir. Hakimiyyət islahat və dəyişikliklərin uzun müddət ərzində baş verməsində maraqlıdır və istəyir ki, bu uzunmüddətli dəyişiklər dövründə öz maraqlarını qoruyub saxlamağa nail olsun. Bu gün ölkədə islahatlara ehtiyac olsa da, hakimiyyətin bilikləri, bacarıqları, səriştəsi, istəkləri milli maraqlara zidd bir vəziyyət yaradır. Biz bunu görürük. Biz böhrana gedirik. İlham Əliyev də bunu bəyan etdi. Amma buna baxmayaraq, Azərbaycanda atılması gərəkən çevik addımlar atılmır. Rusiyada isə bu var. Orada 30-dan çox qərar qəbul ediliub. Islahatlar paketi müzakirə edilib. Bu müzakirələrə opponnetləri də dəvət edirlər. Azərbaycanda isə hələ ki, bu hiss olunmur.

xa0

-Bəzi siyasilər iddia edir ki, hakimiyyətin təşəbbüsü ilə keçirilən bu görüş I Avropa Oyunları ərəfəsində müxalifəti neytrallaşdırmaq, məlum yarışlar zamanı hər hansı aksiyanın keçirilməsini əngəlləmək məqsədi güdür. Bu qənaəti bölüşürsünüzmü?

xa0

-Əlbəttə, bu amil də var və bu, məsələnin bir tərəfidir. Əlbəttə ki, böhranla bağlı hansısa aksiyaların keçirilməsinin önlənməsi baxımından da bu görüşlər mühüm rol oynayır. Qarşıdan parlament seçkiləri gəlir. Bu baxımdan hakimiyyət vəziyyətin ciddiliyini başa düşür. Bu gün ölkədə bir gərginlik var və bu gərginlik getdikcə dərinləşməkdədir. Belə bir vəziyyət isə yalnız müxalifətin deyil, başqa qrupların da aktivləşməsinə səbəb olacaq. Bir müddət bundan öncə bir qrup məcburi köçkün parlamentin qarşısında toplanmışdı və müəyyən tələblər irəli sürürdü. Tərtərdə, Ucarda və başqa rayonlarda baş verən hadisələr də bu gərginliyin göstəricisidir. Belə olan halda hansısa etirazların baş verməsi qaılmazdır. Müxalifətin son keçirdiyi mitinlərdə təxminən iki min insan iştirak etmişdi. Lakin sabah bu mitinqlərə 10 min, 20 min və ya daha çox insan gələ bilər. Çünki söhbət artıq müxalifətin marağından deyil, sadə vətəndaşların marağından gedir. Baxın, artıq nazirliklərdə paket şəklində məmurlara çirkli pulların paylanması dayandırılıb. Bu konvertlərin ləğvi indi həmin məmurları da çətin vəziyyətdə qoyur. Onların da sosial problemləri meydana gəlir. Reallaşdırılması nəzərdə tutulan xeyli layihələr ləğv edilib. Rusiyadan gələn pulların həcmində ciddi azalmalar var. Bir sözlə, ortada xeyli problem var. Bu baxımdan yaxın gələcəkdə narazılıq bir xeyli artacaq. Buna görə də sadəcə danışıqlar aparmaqla iş bitmir. Real addımlar atılmalıdır. Problemlərin həlli istiqamətində ciddi addımlar atılmalıdır. Əgər bu olmayacaqsa, danışıqların heç bir əhəmiyyəti olmayacaq.

xa0

-Mehman bəy, müxalifətin mövcud durumu ilə bağlı hansı fikirdəsiniz? Sizcə ötən dövrlə müqayisədə müxalifət güclənib, yoxsa zəifləyib?

xa0

-Müxalifət ona görə güclü olur ki, hakimiyyət zəif olur. Indi hakimiyyət zəifləməkdədir. Neft pulları hesabına harınlayan hakimiyyət istədiyini edir, istədiyini vurur, döyürdüsə, bu gün başqa bir vəziyyət formalaşıb. Hakimiyyətin mövqeləri əhəmiyyətli dərəcədə zəifləyib. Çünki onun maliyyə imkanları zəifləyib. Iqtisadi durmun zəifləməsi isə gətirib sosial gərginliyə çıxardır. Bu isə sadəcə müxalifətin deyil, böyük kütlənin narazılığına gətirib çıxardır. Problem ondadır ki, hakimiyyətin yürütdüyü siyasət bu vəziyyətə gətirib çıxardır. Müxalifət güclənməyib. Güc əldə etməyib. Sadəcə olaraq hakimiyyət zəifləyib. Müxalifəti danışıqlara dəvət etmək də hakimiyyətin gücündün yox, zəifliyindən irəli gəlir. Əgər hakimiyyət güclü olsaydı, o zaman bunu eləməzdi. Necə ki, bu vaxta qədər bunu eləməyib.

xa0

-Sizcə Azərbaycanda sosial gərginliyin artması, müxalifətin aktivləşməsi Qərbin demokratik qüvvələrə dəstəyi üçün sitimul ola bilərmi?

xa0

-Öhdəliklər paketi var, hansı ki, ABŞ da, Avropa İttifaqı da bu məsələni dəfələrlə gündəmə gətirir. Bildirir ki, bu öhdəlikləri yerinə yetirmək lazımdır. Bu cür çağırışlar var. Bu məsələdə bütün tərəflərin marağı üst-üstə düşür. Müxalifətin də, Qərbin də, adi kütlənin də marağı eynidir. Nəticədə, yeni bir durum yaranıb. Buna görə də hakimiyyət bütün bu faktorlarla hesablaşıb ciddi addımlar atmalıdır. Hesab edirəm ki, aprel-may aylarında daha ciddi addımların şahidi olacayıq. Avropa Birliyi ilə strateji modernləşmə ilə bağlı sazişin imzalanması göstərilir. Bu da yeni bir şeydir. Yeni öhdəlik və proqramdır. Yeni bir siyasətin başlanması üçün şərait var.

xa0

-Bir müddət öncə DİN-nin mətbuat xidməti Bakının Binəqədi rayonunda üç qadının avaraçılıq və dilənçilik etdiyi üçün polis tərəfindən saxlanıldığını bildirib. Sizcə ölkədə kütləvi işsizliyin mövcud olduğu bir halda kimisə avaralıq və ya dilənçiliyə görə məsuliyyətə cəlb etmək nə dərəcədə məntiqlidir?

xa0

-Bilirsiz, biri var ki, siz işsizsiniz. Evdə oturmusunuz. Nə qədər çətin də olsa dilənmirsiniz. Birtəhər də olsa dolanırsınız. Ailədə biri işləməsə də, digəri işləyir və s. xa0Biri də var ki, siz küçələrə çıxıb dilənirsiniz. Mənim şəxsi müşahidələrim də gödstərir ki, son vaxtlar dilənçilərin sayl əhəmiyyətli dərəcədə artıb. Mən eyni yolla işə gedib gəlirəm və buna görə də hansı dilənçinin harda durduğu, onların kimliyi mənə bəllidir. Lakin son vaxtlar yeni dilənçilər peydə olub ki, onların da geyiminə, üzünə nəzər salanda həqiqətən də çətin bir vəziyyətə düşdüyü bəlli olur. Əlbəttə, dilənən insanları həbs etmək, onları türmələrə doldurmaq çıxış yolu deyil. Bu gün küçələrə çıxan dilənçilər sadəcə ortadakı fəsaddır. Biz fəsadla mübarizə apara bilmərik, mübarizə aparmamalıyıq. Biz bu fəsadı yaradan səbəblərlə, problemlərlə mübarizə aparmalıyıq. Bu problemi həll eləmək lazımdır. Azərbaycanda qeyri-normal iqtisadi durum mövcuddur. Qeyri-neft sektoru demək olar ki, iflasa uğrayıb. Inhisarçılıq çox güclüdür. Məmurlara məxsus obyektlər, şadlıq evləri, müəssisələr demək olar ki, vergidən yayınır. Onlara məxsus şirkətlərin hamısı vergidən azad olunub. Bu gün ölkədə olduqca anormal bir vəziyyət mövcuddur. Bu durum dəyişməsə heç nəyi dəyişmək olmaz. Belə davam etsə, təbii ki, dilənçilərin sayı artacaq. Cinayətkarlığın, soyğunçuluğun sayı artacaq, necə ki, artmaqda davam edir. Bu, qeyri-normal iqtisadi mühtin nəticəsidir. Bu problemlərin həlli üçün vəziyyəti düzəltmək, normal iqtisadi mühit formalaşdırmaq lazımdır. Bunsuz hər hansı uğura nail olmaq mümkün deyil.

xa0

xa0

Seymur Əliyev

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin