"Özlərinin satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar"

Hazırda oxunan: "Özlərinin satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar"

133272

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun Avropa. info-ya müsahibəsi

 

- Mirmahmud bəy, aprelin 2-dən Qarabağ cəbhəsində şiddətli döyüşlər baş verdi və Azərbaycan  Ordusu bir neçə strateji yüksəkliyi erməni işğalından azad elədi. Bu əməliyyatlar Qarabağ münaqişəsinin həllində Azərbaycanın xeyrinə dönüş yarada  bilərmi?  Proseslərin bundan sonrakı inkişafını necə proqnozlaşdırırsınız? 

 

- Bu əməliyyatlar problemin həlli ilə bağlı Azərbaycanın etməli  olduğu və edə biləcəklərinin ilk müsbət testi oldu. Azərbaycan dünyaya göstərdi ki, o öz torpaqlarını işğaldan  azad etməlidir və edə bilər. 1994-cü ildən başlayan, Azərbaycana heç bir xeyri olmayan, bütün cəhətləri ilə Azərbaycan əleyhinə işləyən atəşkəs rejiminin  nə qədər  əhəmiyyətsiz olduğu təsdiqləndi.  Azərbaycanın xeyrinə artıq dönüş yaradıldı. İllər uzunu “sülh və ya hərb yolu”x9d ilə problemin həll olunması  dilemması qarşısında  qoyulan  Azərbaycan cəmiyyəti məsələnin müharibə yolundan başqa  həll yolu olmadığının  şahidi oldu. Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparmalı  idi. Biz,  9 il qabaq Azərbaycan hakimiyyətinə Qarabağda antiterror əməliyyatı aparmaq üçün təkliflər paketi təqdim elədik. Bakıdakı ABŞ böyük  elçiliyinin  göstərdiyi maraq qədər Azərbaycan höküməti  bu paketə  maraq göstərmədi . Ozamankı ABŞ-ın  Azərbaycandakı  səfiri  Demokratiya Uğrunda İttifaqın “Qarabağda anti terror əməliyyatı”x9d  təklifılər paketini öyrənmək üçün   iki dəfə  görüş keçirdi.

 

Biz bu döyüşlərdən sonra dayanmamalıydıq. Başladığımız  döyüşləri  başa çatdırmalıydıq. İşğalçıların  maşa kimi istifadə etdikləri erməniləri  müqəddəs  torpaqlarımızdan təmizləməliydik. Beynəlxalq qanunlar, BMT  TŞ-nin 4 qətnaməsi  bizim  ən böyük silahımız idi.  Biz Azərbaycan əsgərinin qanıyla azad etdiyi və edəcək torpaqlarımızı  diplomatik gediş və beynəlxalq qanunlarla müdafiə etməyi də bacarmalıyıq. 

 

Torpaqlarımızın işğaldan azad olunmasını  ordumuz təmim edirdi. İndiyə qədərki bütün müzakirələr, sammitlər, variantlar bu gün yenidən gündəmə gəlsə də, proseslərin inkişafı ordumuzun qələbəsindən asılıdır. Problemin sülh yolu ilə həlli də,  yalnız torpaqların bizm ordumuz  tərəfindən azad olunmasından  keçir. Sülh Azərbaycan əsgərinin silahı ilə  gəlməlidir. Reallaşacaq qəti  və son qələbə də  bizimdir! Bunu dost da,  düşmən də bilməlidir. Və biz qalib gələcəyik!

 

- Mirmahmud bəy, ötən ilin parlament seçkiləri öncəsi iqtidar ”“ müxalifət dialoqu    dayandırıldı. Bu dialoqun yenidən bərpa olunması üçün nələr tələb olunur. Sizcə,  iqtidar ”“ müxalifət dialoqunun əsas mövzusu nə olmalıdır?

 

- Bu dialoq deyil,  görüş idi. Hakimiyyət görüşü dialoq adlandırsa da, özü görüşə ehtiyac duymadı.  Birincisi, hakimiyyətin istəyi tələb olunur. Hakimiyyət görüşü  istəmir. İqtidar müxalifət görüşünün əsas mövzusunu Azərbaycan ordusu müəyyənləşdirsə də,  Azərbaycan hakimiyyəti reallaşdırmadı. Bu gün Azərbaycan hakimiyyətinin  ideoloqları fərqində olmalıdırlar ki, Vətən, Torpaq, Dövlət, Bayraq uğrunda mübarizəyə qalxan bütöv bir cəmiyyətin  mübarizəsi də bu olmalıdır. Lakin görünən budur ki, rüşvət və korrupsiya  bü müqqədəs mübarizənin müzakirəsini də arxa plana qoyur. 

 

- Uzun illərdir ki, müxalifət partiyaları seçkilərdən öncə  bir araya gəlir,  seçkilərdən sonra isə  bu birliklər dağılır. Bəlkə bu birliklərin dağılmasının    səbəbi vahid  ideoloji əsasların olmamasıdır. Yoxsa, başqa səbəblər də var?

 

- Dünyada da belə təcrübələr var. Vahid ideoloji əsasların olmaması, ümumimilli birlikdən, torpaq və vətən birliyindən  xeyli asılıdır. Postsovet məkanına daxil olan Azərbaycanda başqa səbəblər də var;  rüs və fars xidmətində duranlar, kommunist qafalılar, antidemolratik adamlar nə qədər aparıcı olacaqlarsa,  bu belə də davam edəcək.

 

- Bir müddət öncə müxalifət partiyalarının Anti ”“ böhran Koolisiyası yaradılıb.  Lakin AXCP və  Müsavat bu qurumdan kənardadır. Bu partiyaların qurumda  fəaliyyət göstərməməsi hansı səbəblərdən qaynaqlanır? 

 

- Bu sualalın   doğru və obyektiv cavabı adını çəkdiyiniz partiyaların özündədir.  Böhrana qarşı, demokratiya,  azadlıq və insan haqları  uğrunda mübarizə aparanların bir yerdə olması çox  vacibdir. Amma hökm deyil. Hər  kəs, bu və digər istiqamətdə fəaliyyətini özü müəyyənləşdirir və mübarizəsini özü aparır.

 

- Adətən, seçkilər başa çatan kimi siyasi partiyalar yeni seçkilərə hazırlaşır.  KXCP növbəti prezident seçkilərinə təkbaşına getmək fikrindədi, yoxsa prezidentliyə vahid namizəd məsələsini  əsas prioritet hesab edir?

 

- Seçkiyə bir xeyli var. 2013-cü il seçkisi tarixə qovuşdu və bu seçkidə müxalifətin vahid namizəd taktikası özünü nə qədər doğrultdusa, hər kəs gördü. Vahid  namizəd məsələsi son prezident seçklilərində əslində, müxalifətin namizədinin  olmamasına hesablanmış  bir gediş idi. Real namizədlərin  bir ”“ birinə güzəştə getmək  niyyətləri və qərarları olmadığına görə bu taktikanı seçdilər. 

 

Siyasi partiyanın əsas  məqsədi, seçkilərdə öz adı və namizədi  ilə iştirak etməsi olmlıdır. Bizim iştirakımız da, zamanın şərtlərinin diktəsindən asılı idi. Növbəti prezident seçkiləri ilə bağlı hansı variantın əsas olması seçki ərəfəsində bir daha müəyyənləşəcək.  İndiki  mövqeyimiz  budur. 

 

- İllər uzunu müxalifət düşərgəsində belə bir stereotip formalaşıb. Müxalifət  partiyasından çıxan, yaxud siyasi mənsubiyyətini dəyişən şəxslərə “satqın”x9d damğası vurulur. Bu tendensiya niyə müxalifət partiyalarında bu qədər geniş yayılıb? Axı partiyaya üzv olan şəxslər bu təşkilatlara üzv olanda öhdəlik  götürməyiblər ki, ömürlük bu partiyaya üzv kimi qalacaqlar...

 

- Bu, o qədər geniş yayılmayıb. Amma özlərinin  satqın damğasını başqalarına vurmaq istəyənlər belə addım atırlar.  Bu metoddan istifadə edənlər daha çox göndərişlə, sifarişlə işləyənlərdir. Sanki bununla  da, öz tərcümeyi - hallarını dəyişirlər. 

 

Adətən millətçi təşklilatlar, öz ideyalarını yürütmək və genişləndirmək üçün ümumi razılaşdırılmış qaydalar müəyyənləşdirirlər. Həmin  qaydalar əsasında da bütün sol- kommunist, liberal, sosial demokrat yönümlü  təşkilatlarda millətçilər  yetişdirirlər. Bunun üçün onlar məktəb rolunu oynayırlar.  Türkiyə Cümnhüriyyətində   bütün siyasi  partiyalarda  aparıcı  millətçi kadrlar,  şəxslər var.  Azərbaycan təcrübəsində  isə siyasi partiyalara ”“ “gələnləri öyüm, gedənləri söyüm”x9d  təcrübəsi var. Bu da siyasətin qara səhifəsidir.  Azərbaycanda  siyasət çox gəncdir, gəncliyin də  belə səhfləri olur. Təəssüf ki, bu var, amma inanıram,  gələcəkdə olmayacaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin