Apellyasiya şikayətləri ilə bağlı YENİLİK

Hazırda oxunan: Apellyasiya şikayətləri ilə bağlı YENİLİK

636720

Apellyasiya şikayətlərinə hakimlər təkbaşına baxa biləcəklər.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin payız sessiyası çərçivəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. 

Qanun layihəsinə görə, işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş appelyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş appelyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq. 

Hazırkı qanunvericiliyə görə, appelyasiya şikayətlərinə appelyasiya instansiyası məhkəmələrində 3 hakimdən ibarət tərkibdə baxılır. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin